22.02.2022
Goranboy rayon Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı Gənclər və İdman İdarəsinin iştirakı ilə "Xocalı öz doğma sakinlərini gözləyir" adlı dəyirmi masa arxasında söhbət təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə, Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov və YAP-nın nümayəndəsi Həsən Şirinov çıxış edərək illər boyu Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışdı. Tədbirdə Çıxış edən natiqlər mənfur düşmənin həyata keçirdiyi işğalçı siyasətdən və soydaşlarımıza qarşı törətmiş olduqları qətliamdan söz açdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.